Çin “Google” şirkətinə qarşı istintaq başladıb

2023/11/1700462710.jpg
Oxunub: 469     19:47     04 Fevral 2025    
Çində “Google” şirkətinə qarşı anti-inhisar istintaqı başladılıb.

Ordu.az rus KİV-lərinə istinadən xəbər verir ki, bu barədə Çinin Bazarın Nizamlanması üzrə Dövlət İdarəsi bəyanat yayıb.

“Çin Xalq Respublikasının anti-inhisar qanununu pozması ilə bağlı şübhələr yarandığından ÇXR-nın Bazarın Nizamlanması və Nəzarət Baş Dövlət İdarəsi “Google” şirkətinə qarşı istintaq başladıb”, - bəyanatda qeyd olunur.

Bəyanatda şirkətin konkret hansı qanunpozuntusuna yol verdiyi ilə bağlı məlumat verilmir.

Qeyd edək ki, Çində adı çəkilən korporasiyanın “Gmail”, “Google Maps”, “Google Play” və “YouTube” xidmətləri bloklanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Çin   Google  


Bizi "telegram"da izləyin