Ordu.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Viktor Orban sosial şəbəkə hesabında məlumat verib.
Onun sözlərinə görə, Donald Trampın ABŞ-də hakimiyyətə qayıtması Avropa İttifaqının vəziyyətini çətinləşdirə bilər. V.Orban qeyd edib ki, amerikalı lider hakimiyyətdə olduğu iki həftə ərzində artıq "bütün dünyanı alt-üst edib".
"Avropa İttifaqını çətin aylar gözləyir və Brüsseldəki bürokratlar üçün asan olmayacaq. Birləşmiş Ştatlarla iqtisadi əlaqələrimizi qorumaq üçün saziş bağlamalıyıq", - o qeyd edib.
Baş nazirin sözlərinə görə, Macarıstan hökuməti "prezident Trampın vəzifəyə qayıdacağını həmişə bilirdi" və buna hazır idi.
Ordu.az