Lavrov: "Qərb Rusiya, Çin və İranı Suriyadan kənarlaşdırmaq istəyir"

2025/01/1736855161.jpg
Oxunub: 471     17:16     04 Fevral 2025    
Qərb Rusiya, Çin və İranı Suriyadan kənarlaşdırmaq istəyir.

Ordu.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Valday Diskussiya Klubunun 14-cü Yaxın Şərq Konfransı çərçivəsində deyib.

Onun sözlərinə görə, Rusiya Federasiyası Suriyanın yeni hakimiyyətində problemlər görür.

Lavrov qeyd edib ki, Suriya daxilində dialoq o qədər də yaxşı getməyib.

Rusiya XİN başçısı əlavə edib ki, Suriya və Livanda baş verənlərə baxmayaraq, Qərb və Şərqin siyasi prosesi necə inkişaf etdirəcəyinə qərar verə bilmədiyi Liviyada da problemlər var.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lavrov   Qərb   Rusiya   Çin   İran  


Bizi "telegram"da izləyin