Ordu.az xəbər verir ki, bu məsələ iclasın gündəliyinə salınıb.
Daimi nümayəndələr həm iqtisadi, həm də fərdi sanksiyaların tətbiqini müzakirə edəcəklər.
Bundan əlavə, "Belarusdakı vəziyyətlə əlaqədar məhdudlaşdırıcı tədbirlər" haqqında Aİ Şurasının qərarı və reqlamenti barədə fikir mübadiləsi aparılacaq.
Daha əvvəl Brüsseldə bildirilmişdi ki, Rusiyaya qarşı yeni sanksiya paketinin fevralın 24-də qəbul edilməsi gözlənilir.
Ordu.az