Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə polis orqanları məlumat yayıb.
"Hadisə nəticəsində 10-a yaxın adam ölüb. Hazırda kimliyin müəyyənləşdirilməsi üzərində işləyirik. Qurbanların ümumi sayı məlum deyil", - məlumatda deyilir.
Mətbuat konfransında polis rəsmiləri atəş açan şəxsin öldürüldüyünü əlavə edib. O, tək hərəkət edib və motivləri bəlli deyil.
***
İsveç polisi Stokholmdan qərbdə yerləşən Orebro şəhərindəki məktəbə hücum edənlərə qarşı əməliyyat keçirib.
Ordu.az “Daily Aftonbladet”a istinadən xəbər verir ki, atışma nəticəsində yaralananların olduğu deyilib.
"Əməliyyat zorakılıq təhdidlərinə aiddir" deyən polis, vəziyyətin davamlı olduğunu qeyd edib.
Ordu.az