“DeepSeek” SZ modelinin alternativi hazırlanıb

2025/02/1738670575.jpg
Oxunub: 535     15:58     04 Fevral 2025    
Kaliforniya Universitetindən olan tədqiqat qrupu Süni Zəka (SZ) sahəsində böyük uğur əldə edərək, “DeepSeek R1-Zero” modelinin əsas funksiyalarını təqlid edən bilən çat-bot yaradıb.

Ordu.az bu barədə xarici KİV-lərə istinadən xəbər verir.

Məlumata görə, məsələnin maraqlı tərəfi ondadır ki, onların TinyZero adlı bu layihəsi cəmi 30 ABŞ dollarına başa gəlib.

Alimlər bununla sübut etmiş olublar ki, qabaqcıl SZ modellərinin yaradılması zaman büdcənin böyük olması heç də vacib şərt deyil.

Bahalı bulud xidmətləri və nəhəng hesablayıcı sistemlərin əvəzinə “TinyZero” biliklərini təməl dil modeli, sadə sorğular və mükafatlandırma sistemləri hesabına artırıb.

Modelin test edilməsi üçün “Countdown” oyunundan istifadə olunub. Bu oyunda oyunçular əsas riyazi əməliyyatlardan istifadə edərək hədəf rəqəmə çatmağa çalışırlar. İlkin mərhələdə TinyZero təsadüfi cavablar verirdi, lakin zaman keçdikcə cavablarını yoxlamağı, daha optimal həllər axtarmağı və hərəkətlərini düzəltməyi öyrənib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: DeepSeek   SZ  


Bizi "telegram"da izləyin