Aİ liderləri Britaniyaya səfər edəcək

2024/12/1734152141.jpg
Oxunub: 383     13:18     04 Fevral 2025    
Böyük Britaniyanın Baş naziri Kir Starmer mayın 19-da Aİ liderlərini Brexit sammitində qəbul edəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.

Bildirilib ki, Starmer Britaniyanın blokla münasibətlərini yenidən qurmaq üçün öz planlarını müzakirə edəcək.

Qeyd edilib ki, Avropa Komissiyasının Prezidenti Ursula von der Leyen də görüşün may ayında Böyük Britaniyada keçiriləcəyini təsdiqləyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   Britaniya  


Bizi "telegram"da izləyin