Ordu.az xəbər verir ki, bu çərçivədə “Ejder Yalçın” 4×4 Taktiki Təkərli Zirehli Vasitəsi Macarıstana təhvil verilib.
Sözügedən inkişafı rəsmi “X” hesabından açıqlayan Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün qeyd edib:
“Bu gün “Nurol Makina” tərəfindən istehsal edilən “Gidran”/“Ejder Yalçın” 4×4 Taktiki Təkərli Zirehli Vasitəsi Macarıstanın müdafiə naziri Kriştof Salay-Bobrovnitskinin iştirakı ilə keçirilən mərasimdə təhvil verildi! Bu tədarüklə biz Türkiyə müdafiə sənayesinin qlobal arenada gücünü bir daha sübut etdik.
Layihənin həyata keçirilməsində əməyi olan “Nurol Makina” şirkətimiz olmaqla, layihənin bütün maraqlı tərəflərini ürəkdən təbrik edirəm. Yüksək yerlilik nisbəti, innovativ həllər və güclü ixrac baxışı ilə Türkiyə müdafiə sənayesi 40-dan çox ölkəyə 4500-dən çox quru platforması ixrac edib və dünya müdafiə bazarında mühüm oyunçuya çevrilib.
Ümid edirəm ki, bu tədarük Türkiyə-Macarıstan əməkdaşlığını gücləndirəcək, yeni texnoloji tərəfdaşlıqlara qapı açacaq və hər iki ölkənin müdafiə qabiliyyətini yüksəldəcək. Dayanmadan istehsal etməyə, ixracla böyüməyə, dost və müttəfiq ölkələrlə əməkdaşlığımızı gücləndirməyə davam edəcəyik!”.
Sevinc Əliyeva
Ordu.az