Ordu.az xəbər verir ki, Görgün ümumilikdə 7,1 milyard dollarlıq ixracatın 3,7 milyard dollarının NATO üzvü ölkələr və ABŞ-yə edildiyini bildirib.
O, Türkiyənin müdafiə sənayesində ciddi təcil qazandığını vurğulayıb.
“Ötən il ixracımız 7,1 milyard dollara çatıb. Hazırda Türkiyə dünyada müdafiə sənayesi məhsulları ixrac edən ölkələr arasında 11-ci yerdədir. Bu, mühüm nailiyyətdir. Müdafiə sənayemizdə istehsal etdiyimiz platformalar və platformaların içərisindəki ixtisaslı alt komponentlər gələcəyə aiddir. Ötən dövrdə keçirdiyimiz görüşləri və imzaladığımız müqavilələri nəzərə alsaq, çox yaxında 10 milyard dollara çata biləcəyimizi deyə bilərəm”, - deyə Görgün qeyd edib.
Türkiyə MSK sədri 2024-cü ildə 7,1 milyard dollarlıq ixracatın 3,7 milyard dollarının NATO və ABŞ-yə edildiyini bildirib. Türkiyənin ən çox müdafiə məhsulları ixrac etdiyi ilk 10 ölkə arasında Avropa ölkələri də yer alıb.
Müdafiə sənayesi ixracında ilk 10 ölkə arasında NATO və Avropada yer alan ölkələr bunlar olub:
ABŞ
Çexiya
Rumıniya
Polşa
Slovakiya
Bolqarıstan
Sevinc Əliyeva
Ordu.az