Ordu.az xəbər verir ki, şirkət ən son həllərini 12-B26 stendində nümayiş etdirəcək.
REPKON müdafiə, aviasiya və kosmik sənaye sahələrində inkişaf etdirdiyi strateji məhsulları ilə həm ölkə daxilində, həm də xaricdə diqqət çəkir.
İstehsal etdiyi yüksək məhsuldar məhsullarla beynəlxalq şöhrət qazanan şirkət metal formalaşdırma sektorunda təhvil-təslim istehsal müəssisələri qurur, qlobal bazarlar üçün əsas metal formalı maşınların layihələndirilməsi, istehsalı və tədarükü ilə məşğul olur.
IDEX 2025 sərgisində REPKON öz məhsul və xidmətlərini beynəlxalq qərar qəbul edənlərə, ehtiyacı olanlara təqdim edəcək.
Şirkət rəsmiləri sərgi zamanı potensial beynəlxalq müştərilər və biznes tərəfdaşları ilə görüşəcək, əməkdaşlıq imkanlarını qiymətləndirəcəklər.
REPKON-un IDEX 2025 sərgisində iştirakı şirkətin innovativ həlləri haqqında məlumatlılığı artıracaq və onun ixrac şəbəkəsinin genişlənməsinə töhfə verəcək.
Sevinc Əliyeva
Ordu.az