Türkiyə Quru Qoşunlarının Təlim Mərkəzində tank topundan atış təlimləri başa çatıb

2025/02/Giy0U-1738660070.jpg
Oxunub: 404     14:17     04 Fevral 2025    
Türkiyə Quru Qoşunları Təlim Mərkəzi Komandanlığının rəhbərliyi ilə Tank Məktəbi Komandanlığı 397-ci dönəm kiçik leytenant/gizir və 52-ci dönəm çavuş kursantlar üçün “Tank Topu Atışları” təlimini uğurla başa vurub.

Ordu.az xəbər verir ki, təlim zamanı çöl şəraitində müasir tankların atəş gücü və əməliyyat imkanları yoxlanılıb.

Ankarada yerləşən Quru Qoşunları Təlim Mərkəzi Komandanlığı gələcək tank komandirlərinin hazırlanması üçün təşkil edilən “Tank Topu Atışları” təlimini uğurla başa vurub.

Təlimdə 397-ci dönəm kiçik leytenant/gizir və 52-ci dönəm çavuş kursantlar iştirak ediblər.

Təlim çərçivəsində kursantlar hərəkətdə olan hədəflərə atəş açma, gecə-gündüz əməliyyat koordinasiyası və silah sistemlərindən maksimum məsafədən istifadə kimi kritik bacarıqları sahə üzrə məşq ediblər.

Tank Məktəbi Komandanlığının təcrübəli təlimatçılarının nəzarəti altında aparılan atışlar zamanı tankların ballistik performansı da müşahidə olunub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   Təlim  


Bizi "telegram"da izləyin