FNSS zirehli vasitələrini IDEX 2025 sərgisində nümayiş etdirəcək

2025/02/fgfhf-1738659966.jpg
Oxunub: 430     11:09     05 Fevral 2025    
Türkiyənin zirehli quru platforması istehsalçılarından biri olan FNSS 2025-ci il fevralın 17-21-də arasında Əbu-Dabidə keçiriləcək IDEX 2025 Beynəlxalq Müdafiə Sərgisində iştirak edəcək.

Ordu.az xəbər verir ki, FNSS tədbir boyu 11-A47 nömrəli stenddə ziyarətçiləri qarşılayacaq, sənaye nümayəndələrinə özünün ən son quru platformalarını, texnoloji həllərini və sistemlərini nümayiş etdirəcək.

Dünyanın aparıcı müdafiə sənayesi sərgilərindən biri olan IDEX hər il beynəlxalq müdafiə şirkətlərini, yüksək rütbəli hərbi rəsmiləri və sənaye mütəxəssislərini bir araya gətirir.

Bu böyük tədbirdə FNSS son istifadəçilərlə, ilk növbədə, cari və potensial müştəriləri ilə bir araya gəlməyi, yenilikçi həllərini və gələcək vizyonunu paylaşmağı hədəfləyir.

Sərgidə FNSS tərəfindən xüsusi olaraq istifadəçi ehtiyacları üçün hazırlanan zirehli döyüş vasitələri, tırtıllı və təkərli platforma həlləri sərgilənəcək. Bundan əlavə, şirkət ziyarətçilərinə hazırladığı yeni nəsil texnologiyalar haqqında ətraflı məlumat verəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: FNSS   IDEX   2025  


Bizi "telegram"da izləyin