Ordu.az xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Türk müdafiə və aviasiya sənayesində fəaliyyət göstərən ixracatçı/istehsalçıları bir araya gətirmək və sektorun ixrac qabiliyyətini artırmaq üçün işlər həyata keçirən, 1700-dən çox üzvü olan Müdafiə və Aviasiya Sənayesi İxracatçıları Birliyi (SSI) 2024-cü ildə sektorda ən çox ixracat həyata keçirən şirkətləri mükafatlandırıb.
“Samsun Yurt Savunma” (SYS) Qrupunun lider markası “CANiK” 2024-cü ildəki ixrac göstəricisi ilə Türkiyə müdafiə sənayesinin ixracat çempionları arasında olmağı bacarıb.
“CANiK” ən yüksək təhlükəsizlik standartları ilə inkişaf etdirdiyi yüksək əlavə dəyərli məhsulların töhfəsi ilə ötən il müdafiə və aviasiya sənayesində ən çox ixracat həyata keçirən 10-cu şirkət olub.
2022 və 2023-cü il məlumatlarına görə, Türkiyənin ilk 10 müdafiə sənayesi ixracatçısı arasında yer alan “CANiK” bu uğurunu 2024-cü ildə də davam etdirib.
Sevinc Əliyeva
Ordu.az