Ordu.az xəbər verir ki, şirkət SAHA EXPO 2024 sərgisində təqdim etdiyi MERKÜT FPV kamikadze PUA-sını müxtəlif sınaqlardan keçirərək, xidmətə hazır vəziyyətə gətirib.
“SAVX Teknoloji” qurucusu Abdullah Aktaş FPV PUA-larının döyüş meydanının bugünkü ehtiyaclarından biri olduğunu və bunu nəzərə alaraq MERKÜT-ü inkişaf etdirdiklərini deyib.
MERKÜT üzərində təxminən 8 aydır çalışdıqlarını izah edən Aktaş bu prosesdə dizayn, dizayn yoxlanışı, onun sınaqları, sursat və başlıq inteqrasiyası kimi mərhələləri geridə qoyduqlarını ifadə edib.
“Uçuş müddəti 20 dəqiqədir. O, 8 kilometr məsafə qət edə bilir. Yönləndirilmiş qəlpəli sursat sisteminə malikdir. Bizim diqqət etdiyimiz mühüm məsələlərdən biri təhlükəsizlikdir. FPV PUA-ları hobbi sektorundan hərbi istifadəyə keçdi. Bunu xüsusilə Rusiya-Ukrayna müharibələrində tez-tez görmüşük. Təhlükəsizlik səviyyələrinin nəzərdən qaçırılmaması lazım olduğunu nəzərə alaraq, biz bu sahədə işimizi xüsusilə inkişaf etdirmişik”, - deyə o əlavə edib.
Sevinc Əliyeva
Ordu.az