Yanvarda Türkiyənin müdafiə ixracatında rekord: 383 milyon dollar

2025/02/1738659805.jpg
Oxunub: 438     13:23     04 Fevral 2025    
Türkiyənin müdafiə və aviasiya sənayesi 2025-ci ilin ilk ayında 383,1 milyon dollarlıq ixracat həyata keçirib.

Ordu.az xəbər verir ki, bu rəqəm ötən ilin eyni dövrü ilə müqayisədə 16 faizlik artıma işrə edib.

Son iki ildə Türkiyənin müdafiə və aviasiya sənayesi ixracında əhəmiyyətli artım müşahidə olunub. 2024-cü ilin yanvar ayında 281 milyon dollar olan ixracat 2025-ci ildə 36 faiz artım qeydə alaraq, 383 milyon dollara çatıb.

Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün sosial media hesabından etdiyi paylaşımda ixracatdakı artıma diqqət çəkərək qeyd edib:

“Son iki ildə (yanvar 2023-2025) müdafiə və aviasiya sənayesi ixracatında 36 faiz artımla 281 milyon dollardan 383 milyon dollara qədər bütün dünyaya ixracat həyata keçirə bilən hala gələn müdafiə sənayesi şirkətlərimiz dövri olaraq ötən il 180 fərqli ölkəyə məhsul ixrac edərək, böyük bir rekorda imza atdı. Önümüzdəki dövrdə həm iri şirkətləri, həm də KOBİ-ləri əhatə edərək, ixracatçı şirkətlərimizin sayını artırmaq üçün beynəlxalq fəaliyyətimizi davam etdirəcəyik. İxracımızın artmasında, ölkəmizin inkişafında bilavasitə və dolayısı ilə əməyi olan bütün müdafiə sənayesi şirkətlərimizi və onların əməkdaşlarını ürəkdən təbrik edir, bu nailiyyətlərin ölkəmizə mühüm qazanclar gətirəcəyinə ümid edirəm”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Türkiyə   İxracat  


Bizi "telegram"da izləyin