Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olub - YENİLƏNİB

2024/06/1719292120.jpg
Oxunub: 717     14:27     04 Fevral 2025    
NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Norveçin yeni maliyyə naziri təyin edilib.

Bu barədə Ordu.az xarici KİV-ə istinadən xəbər verir.

Yeni Norveç kabinetinin tərkibini ölkənin Baş naziri Yonas Qar Styor açıqlayıb.

Y.Stoltenberqin özü də Norveçin yenilənmiş hökumətinə maliyyə naziri kimi daxil olduğunu təsdiqləyib.

"Qarşımızda duran çağırışları diqqətlə nəzərdən keçirdikdən sonra Baş nazir Styorun maliyyə naziri kimi işləmək təklifini qəbul etməyə qərar verdim", - o bildirib.

Y.Stoltenberq əlavə edib ki, əvvəllər razılaşdırılmış Münxen Təhlükəsizlik Konfransının sədri vəzifəsindən və digər öhdəliklərdən imtina etmir. Hökumətdəki iş dövrü başa çatdıqdan sonra onlara qayıdacaq.

***

NATO-nun sabiq rəhbəri Yens Stoltenberq Norveçin maliyyə naziri olacaq.

Ordu.az “Reuters“a istinadən xəbər verir ki, NATO-nun keçmiş baş katibi Yens Stoltenberq Norveçin yeni maliyyə naziri olacaq.

Stoltenberq 2000-2001 və 2005-2013-cü illərdə Norveçin baş naziri olub.

Yens Stoltenberq on il (2014-2024) ərzində Qərb hərbi alyansına (NATO) başçılıq edib.

Onu ötən il bu vəzifədə Mark Rutt əvəz edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Stoltenberq   Norveç  


Bizi "telegram"da izləyin