Cənubi Koreyanın impiçment edilmiş Prezidenti məhkəmədən həbsinin ləğv edilməsini istəyib

2025/02/1738654136.jpg
Oxunub: 1395     11:05     04 Fevral 2025    
Cənubi Koreyanın impiçment edilmiş Prezidenti Yun Suk Yol məhkəmədən həbsinin ləğvini istəyib.

Ordu.az xəbər verir ki, bu barədə "Yonhap" məlumat yayıb.

Bildirilib ki, Yunun hüquqi müdafiə komandasının müraciəti, 20 fevralda başlanacaq cinayət işi üçün ilk hazırlıq iclasını keçirməyə hazırlanan Seul Mərkəzi Rayon Məhkəməsinə təqdim edilib.

Qeyd edək ki, ötən ilin dekabr ayının 31-də Cənubi Koreya məhkəməsi qısa müddətli hərbi vəziyyət tətbiq etdiyinə görə prezidentin həbsinə order verib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Cənubi-Koreya   Prezident  


Bizi "telegram"da izləyin