İordan çayının qərb sahilində naməlum şəxs 7 nəfəri yaralayıb

2025/02/1738648035.jpg
Oxunub: 321     09:26     04 Fevral 2025    
İordan çayının qərb sahilindəki Tayasir keçid məntəqəsində atışma olub.

Ordu.az İsrail mətbuatına istinadən xəbər verir ki, baş verən atışma nəticəsində azı 7 nəfər yaralanıb.

Hadisə yerinə İsrail Müdafiə Qüvvələrinin vertolyotları cəlb olunub.

İsrail mediası bildirir ki, hadisəni törədən şübhəli yeddi nəfəri yaraladıqdan sonra zərərsizləşdirilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İordan-Çayı   Atışma  


Bizi "telegram"da izləyin