Əhməd əş-Şaranın Ərdoğanla müzakirə edəcəyi məsələlər açıqlanıb

2025/02/1738647112.jpg
Oxunub: 811     08:13     04 Fevral 2025    
Suriya keçid dövrünün prezidenti Əhməd əş-Şaranın bu gün Türkiyədə Rəcəb Tayyib Ərdoğanla müzakirə edəcəyi məsələlər açıqlanıb.

Ordu.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Ankara zirvəsində PKK-nın ləğvi, işğal altındakı neft və qaz quyularının mərkəzi administrasiyaya ötürülməsi, ABŞ qoşunlarının bölgədən çıxarılması, Türkiyənin mövcud bazalarının orduya təhvil verilməsi kimi məsələlər müzakirə mövzusu olacaq.

Əş-Şaranın Ərdoğanla bir çox ikitərəfli əməkdaşlıq sazişlərinə imza atacağı gözlənilir. Suriyanın yeni lideri Ərdoğanı rəsmi olaraq Dəməşqə dəvət edəcək.

Qeyd edək k, bu, Suriya dövlət başçısının 2011-ci ildən sonra Türkiyəyə ilk səfəridir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ərdoğan   Əhməd-əş-Şara  


Bizi "telegram"da izləyin