Rubio: ABŞ İrana təzyiqi artırmalıdır

2025/02/1738646892.jpg
Oxunub: 707     06:27     04 Fevral 2025    
ABŞ İrana təzyiqləri gücləndirməlidir.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Marko Rubio "Fox News" telekanalına müsahibəsində bildirib.

"İrana təzyiqləri o vaxta qədər artırmalıyıq ki, onlar öz indiki fəaliyyətlərini dayandırsınlar. Bu fəaliyyətlər isə son nəticədə nüvə silahının yaradılmasına yönəlib", - Rubio qeyd edib.

Yanvarın ortalarında İran Prezidenti Məsud Pezeşkian "NBC News" telekanalına müsahibəsində bildirib ki, Tehran nüvə silahı yaratmaq məqsədi güdmür.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin