Beş ərəb ölkəsi fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı çıxıb

2025/02/1738646853.jpg
Oxunub: 347     06:00     04 Fevral 2025    
Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Misir və İordaniyanın xarici işlər nazirləri, həmçinin Fələstin liderinin müşaviri Hüseyn əl-Şeyx ABŞ Dövlət katibi Marko Rubioya məktub göndərib.

Ordu.az xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

XİN rəhbərləri məktubda ABŞ Prezidenti Donald Trampın fələstinliləri Qəzza zolağından köçürmək planlarına qarşı çıxıblar.

Qeyd olunur ki, hətta müvəqqəti olsa belə, əhalinin daha çox yerdəyişməsi regional sabitliyi riskə atır.

Nazirlər vurğulayıblar ki, Qəzzada hər hansı bərpa işləri fələstinlilərin iştirakı ilə aparılmalıdır.

"Fələstinlilər öz torpaqlarında yaşayacaq və onun bərpasına kömək edəcəklər, onlar yenidənqurmada iştirakdan məhrum edilməməli və beynəlxalq ictimaiyyətin dəstəyi ilə prosesə görə məsuliyyət daşımalıdırlar", - məktubda bildirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qəzza   Fələstin  


Bizi "telegram"da izləyin