Avropada müdafiə sahəsində yeni strategiya hazırlanır

2025/02/1738646724.jpg
Oxunub: 341     05:08     04 Fevral 2025    
Avropa İttifaqının (Aİ) 27 ölkəsinin liderləri Avropa Komissiyasına yaxın aylarda qitənin müdafiəsinin gücləndirilməsi və bu sahədə xərclərin artırılması strategiyasını hazırlamağı tapşırıblar.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Aİ Şurasının Prezidenti Antonio Kosta Brüsseldə qurumun qeyri-rəsmi sammitinin yekunlarına dair mətbuat konfransında bildirib.

O qeyd edib ki, sənəd yaxın aylarda təqdim olunacaq və iyun ayında keçiriləcək sammitdə Aİ liderlərinin müzakirəsinə veriləcək.

"Bütün ölkələr razılaşıblar ki, müdafiəyə daha çox vəsait ayırmaq, bu vəsaitləri isə daha səmərəli xərcləmək lazımdır", - Kosta deyib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-İttifaqı   Müdafiə   Strategiya  


Bizi "telegram"da izləyin