Danimarkanın baş naziri Fredriksen Qrenlandiyanın satılmadığını deyib

2025/02/1738646352.jpg
Oxunub: 656     02:47     04 Fevral 2025    
Qrenlandiyan bu gün Danimarkanın bir hissəsidir. O, bizim ərazimizdir və satılmır.

Ordu.az xəbər verir ki, bu sözləri Danimarka baş naziri Mette Fredriksen ABŞ prezidenti Donald Trampın ABŞ-nin Qrenlandiyanı almaq istədiyi ilə bağlı açıqlamalarına münasibət bildirərkən deyib.

ABŞ-nin Arktika bölgəsinin təhlükəsizlik və müdafiəsinə gəldikdə getdikcə daha çox əhəmiyyət kəsb etməsi ilə bağlı fikirləri ilə razılaşdığını bildirən baş nazir sözlərinə belə davame dib:

“Əgər söhbət regionumuzun təhlükəsizliyindən gedirsə, irəliyə doğru bir yol tapa bilərik”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Qrenlandiya  


Bizi "telegram"da izləyin