Meksika ABŞ ilə sərhədə qoşun göndərir

2025/02/1738608034.jpg
Oxunub: 543     22:40     03 Fevral 2025    
Meksika ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrini yerləşdirəcək.

Ordu.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Meksika lideri Klaudiya Şeynbaum gündəlik mətbuat konfransında deyib.

“Meksikanın milli müdafiə naziri Rikardo Trevilya Trexo artıq ABŞ ilə sərhəddə Milli Qvardiya bölmələrinin yerləşdirilməsi planını hazırlayır”, - Prezident bildirib.

Şeynbaum əlavə edib ki, qoşunların sərhəd bölgələrinə göndərilməsi Meksikanın maraqlarına cavab verir.

Onun sözlərinə görə, bu, digər məsələlərlə yanaşı, ABŞ-dən silah qaçaqmalçılığı ilə mübarizəyə kömək edəcək.

Qeyd edək ki, Meksika ABŞ ilə əldə olunan razılaşmalar çərçivəsində narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısını almaq üçün sərhədə Milli Qvardiyanın on min zabitini göndərəcək.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Meksika   ABŞ  


Bizi "telegram"da izləyin