"Aİ ABŞ-nin iştirakı olmadan özünü müdafiə edə bilməyəcək" - Rutte

2023/11/1700808095.jpg
Oxunub: 842     22:25     03 Fevral 2025    
Avropa İttifaqına (Aİ) üzv ölkələr ABŞ-nin iştirakı olmadan özlərini müdafiə edə bilməyəcəklər.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu fikri NATO-nun Baş katibi Mark Rutte Brüsseldə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında bildirib.

"NATO-nun ABŞ olmadan mövcud ola biləcəyi ilə bağlı fərziyyə bir çox səbəblərə görə yanlışdır. ABŞ-siz Avropanın müdafiəsi bir çox səbəblərə görə mövcud ola bilməz", - o, deyib. M.Rutte həmin səbəbləri açıqlamayıb.

Baş katib söyləyib ki, Şərqi Avropada davam edən müharibə sadəcə Rusiya ilə Ukrayna arasında müharibə deyil, geosiyasi məsələdir: “Aİ və ABŞ ümumi ərazilərini birlikdə müdafiə etməyə qadirdir”.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər:   ABŞ  


Bizi "telegram"da izləyin