Honq Konq–London reysi ilə uçan təyyarə Bakıda məcburi eniş edib

2025/02/1738599818.jpg
Oxunub: 461     20:12     03 Fevral 2025    
“Cathey Pasific” aviaşirkətinin Honq Konq – London marşrutu üzrə uçuş yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna məcburi eniş sorğusu göndərib.

Ordu.az xəbər verir ki, bu barədə "Report" aeroporta istinadən xəbər verir. Buna səbəb sərnişinlərdən birinin səhhətinin pisləşməsi olub.

Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib ki, “Airbus A350” təyyarəsi yerli vaxtla saat 19:08-də hava limanına uğurla eniş edib.

Sərnişinə operativ şəkildə ilkin tibbi yardım göstərilib, vəziyyəti qiymətləndirildikdən sonra o, dərhal tibbi müəssisəyə çatdırılıb.

Qeyd olunub ki, fövqəladə hallara operativ reaksiya göstərmək və sərnişinlərin, ekipaj üzvlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Heydər Əliyev Beynəlxalq Aeroportunda mütəmadi hazırlıq təlimləri keçirilir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Honq-Konq   London  


Bizi "telegram"da izləyin