Parisdə dəmiryol vağzalında atışma: yaralananlar var

2025/02/1738598944.jpg
Oxunub: 430     19:35     03 Fevral 2025    
Parisdə dəmiryol vağzalında atışma baş verib.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb

Məlumata görə, hadisə şəhərin şərqindəki Austerlitz dəmiryol vağzalında baş verib. Naməlum kişi divarlara svastika çəkmək istəyərkən saxlanılıb. Patrul həmin şəxsə yaxınlaşanda o, silahı hüquq-mühafizə orqanlarının əməkdaşlarına tuşlayıb, təhlükəsizlik işçiləri isə atəş açaraq həmin şəxsi ağır yaralayıblar.

Atışma nəticəsində iki nəfər yaralanıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paris   Atışma  


Bizi "telegram"da izləyin