İsrail ordusu Livanın cənubunda "Hizbullah"ın silah anbarlarını məhv edib

2024/11/1732856593.jpg
Oxunub: 620     19:11     03 Fevral 2025    
İsrail Müdafiə Ordusu Livanın cənubunda "Hizbullah" hərəkatının bir neçə silah anbarını aşkarlayaraq məhv edib.

Ordu.az xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.

"769-cu və 7-ci briqadalar İsraillə Livan arasındakı razılaşmalara uyğun olaraq və bu bölgədə əməliyyat nailiyyətlərini qorumaq üçün Livanın cənubunda müdafiə əməliyyatlarını davam etdirir. 769-cu briqadanın qoşunları minaatan mərmilər, raketlər, reaktiv mərmilər, partlayıcı maddələr, odlu silahlar və çoxlu sayda hərbi texnikanın olduğu bir neçə silah anbarı aşkar ediblər. Bütün silahlar müsadirə, anbarlar isə məhv edilib", - məlumatda bildirilib.

Həmçinin bu bölgədə bir neçə "Hizbullah" terrorçusu öldürülüb və qoşunlar üçün təhlükə yaradan şübhəli şəxslər saxlanılıb.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin