Avropa Komissiyası Yaxın Şərq, Şimali Afrika və Körfəz üzrə yeni Baş İdarə yaradıb

2024/10/1729516228.jpg
Oxunub: 527     17:18     03 Fevral 2025    
Avropa Komissiyası Yaxın Şərq, Şimali Afrika və Körfəz üzrə yeni Baş İdarə yaradıb.

Ordu.az xəbər verir ki, bu barədə Avrokomissiyanın mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, AK Prezident Ursula fon der Lyayenin Aİ-nin daha geniş qonşuluğuna, xüsusilə də Aralıq dənizi regionuna fokuslanmış yanaşma çağırışından sonra belə bir addım atıb.

Məlumata görə, yeni Baş İdarə qarşılıqlı maraqlara əsaslanaraq rifah, təhlükəsizlik və dayanıqlılığı təmin etmək üçün Şimali Afrika, Yaxın Şərq və Körfəz ölkələri ilə güclü tərəfdaşlıq quracaq.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Avropa-Komissiyası   Baş-İdarə  


Bizi "telegram"da izləyin