Ordu.az xəbər verir ki, fərdi istifadəçilər tərəfindən ən çox istifadə edilən SZ texnologiyaları arasında ABŞ və Çində yerləşən müxtəlif şirkətlər tərəfindən hazırlanmış proqramlar var.
Çinin mətndən yazı, şəkil və görüntü istehsal edən modelləri işə salması ilə SZ çılğınlığı yeni səviyyəyə çatıb.
Bu çərçivədə “DeepSeek”in ucuz qiymətə istehsal etdiyini açıqladığı son modeli və Çin texnologiya nəhəngi “Alibaba”nın “Qwen 2.5” modeli ABŞ-Çin SZ qarşıdurmasını daha da artırıb.
Son inkişaflardan sonra ABŞ-də yerləşən “OpenAI” şirkətinin də “ChatGPT o3” modelini istifadəçilərə təqdim edəcəyi gözlənilir.
Bundan əlavə, “mətndən görüntü istehsal etmə” modelləri üçün də ABŞ və Çin şirkətləri arasında rəqabət davam edir.
Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Sinqapur və Fransa kimi ölkələr də investisiya və layihələrlə SZ sahəsində rəqabətə qoşulmağı hədəfləyir.
Sevinc Əliyeva
Ordu.az