Yunanıstan yeni freqatını ilin sonuna qədər almağı planlaşdırır

2025/02/2025--1738577208.jpg
Oxunub: 480     17:45     05 Fevral 2025    
Yunanıstan Hərbi Dəniz Qüvvələri (HDQ) 2025-ci ilin sonuna qədər Fransadan ilk “Belharra” (FDI) freqatını almağa hazırlaşır.

Ordu.az xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Fransada yayımlanan hesabatlara görə, Yunanıstan HDQ-nin 2025-ci ilin sonuna qədər Fransadan ilk “Belharra” (FDI) freqatını alacağı gözlənilir.

Yunanıstanın “Kathimerini” nəşrinin məlumatına görə, proqramda 9 aylıq gecikmənin səbəbləri açıqlanmasa da, hərbi mənbələr rəsmi təhvil-təslimdən əvvəl mümkün problemlərin aradan qaldırılmasının daha yaxşı olacağını bildiriblər.

Həmçinin, freqatın təhvil verildikdən sonra aktiv xidmətə daxil olmasının təxminən bir il çəkəcəyi iddia edilib.

Digər tərəfdən, “Kathimerini”yə görə, Yunanıstanın proqramında yer alan üçüncü “Belharra” freqatının daha əvvəl təhvil verilməsi gözlənilir. Bu çərçivədə, təxminlərə görə, Yunanıstan HDQ-nin 2026-cı ilin sonuna qədər 3 ədəd FDI freqatına sahib olması planlaşdırılır.

Sevinc Əliyeva
Ordu.az


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: HDQ   Yunanıstan  


Bizi "telegram"da izləyin