Pakistandan Filippin HDQ-yə kamikadze PUA-ları tədarük edilə bilər

2025/02/2025--1738576990.jpg
Oxunub: 426     13:02     04 Fevral 2025    
Filippin Hərbi Dəniz Qüvvələri (HDQ) kamikadze tipli pilotsuz uçuş aparatların tədarükü ilə bağlı tenderin Pakistan-Filippin müştərək müəssisəsi olan “Thunder Defense” şirkətinə verildiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu çərçivədə material təchizatı layihəsi üçün Tender Qərarı (NOA) dərc edilib.

“Thunder Defense” 100 milyon Filippin pesosu (təxminən 1,71 milyon ABŞ dolları) məbləğində Təsdiqlənmiş Müqavilə Büdcəsi (ABC) çərçivəsində 88,000,080,00 Php (təxminən 1,51 milyon ABŞ dolları) təklif edərək, tenderi qazanıb.

“MaxDefense Philippines” tərəfindən edilən xəbərə görə, şirkətin hansı sistemi tədarük edəcəyi hələ də bəlli olmasa da, “Thunder Defense”nin Şərqi və Cənubi Avropadan və Türkiyədən müdafiə məhsulları təklif etdiyi bildirilir.

Lakin şirkətin Pakistanla əlaqələri səbəbindən tədarükün Pakistandan da gələ biləcəyi düşünülür.

Qeyd edək ki, “Thunder Defense” 2022-ci ilin may ayında Filippin və Pakistan arasında imzalanmış Müdafiə Əməkdaşlıq Anlaşma Memorandumu çərçivəsində Pakistan müdafiə sistemlərinin Filippində təşviqinə öncülük edən şirkətlərdən biri kimi seçilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Filippin   HDQ  


Bizi "telegram"da izləyin