Ordu.az xəbər verir ki, 2025-ci il yanvarın 21-23-də Böyük Britaniyanın Farnboro şəhərində keçirilən “Defence IQ International Armored Vehicles” (IAV) konfransı zamanı İsrailin “Rafael Advanced Defence Systems” şirkəti “Trophy” AQS-in PUA-ları bloklamaq üçün yenilənən variantını təqdim edib.
“Army Recognition”un məlumatına görə, sınaq zamanı 30 mm-lik bir qüllə üzərində quraşdırılan “Trophy” sistemi sinif 2 və 3 arasında təsnif edilən reaktiv mühərrikli sabit qanadlı PUA-nı müvəffəqiyyətlə bloklayıb.
“Rafael” vurğulayıb ki, bu təkmilləşdirmələr sistemin əsas təchizatını dəyişdirmədən əldə edilib. “Trophy” PUA bloklama ilə yanaşı, Qəzza və İsrailin şimalındakı qarşıdurmalardan çıxarlan dərslər də daxil olmaqla, əməliyyat təcrübələrinə əsasən yenilənib.
Bu təkmilləşdirmələr sistemin şəhər mühitində qısa mənzilli təhdidlərə və açıq ərazidə tank əleyhinə raketlər kimi uzun mənzilli təhlükələrə qarşı fəaliyyətini əhatə edir.
Sevinc Əliyeva
Ordu.az