Ordu.az xəbər verir ki, bu barədə ABŞ HHQ-nin sözçüsü bildirib.
Sözçünün sözlərinə görə, APKWS II husilərin PUA təhlükəsinə qarşı mübarizə üçün bir sıra variantlardan biri kimi təqdim edilib. APKWS II-nin üstünlüklərindən biri onun aşağı qiymətidir.
AIM-9X “Sidewinder Block II” raketinin vahid dəyəri təxminən 420.000 dollar olarkən, APKWS II-nin yönləndirmə və idarəetmə sistemi təxminən 15.000 dollardır, döyüş başlığı və mühərrik üçün bir neçə min dollar əlavə xərc tələb edir.
Qeyd edək ki, dekabr ayında ABŞ HHQ Mərkəzi Komandanlığı (AFCENT) APKWS II raketlərini daşıyan 2 F-16C-nin fotolarını yayımlayıb.
Sevinc Əliyeva
Ordu.az