Ordu.az xəbər verir ki, mövzu ilə bağlı məlumat ABŞ Müdafiə Nazirliyinin Hərbi Əməkdaşlıq Ofisinin rəsmi saytında dərc olunub.
Beləliklə, Yaponiya Müdafiə Nazirliyinin müraciətinə əsasən, ümumilikdə 900 milyon dollar dəyərində 150 ədəd “Blok 1” raketi və müvafiq əlavə avadanlıqların satışına icazə verilib.
Yaponiya sınaq və daşınma üçün xüsusi avadanlıq, təlim avadanlığı və köməkçi vasitələr, texniki yayımlar və məlumatlar alacaq.
Raket tədarükü Yaponiyanın raketdən müdafiə imkanlarını və Yaponiya Dəniz Özünümüdafiə Qüvvələrinin suüstü komponentini gücləndirdiyi bir vaxta təsadüf edir.
Yaponiya ordusunun məlumatına görə, raketlər həm donanmada mövcud olan raket esmineslərində, həm də 2027-2028-ci illərdə Yaponiya Hərbi Dəniz Qüvvələrinə (HDQ) qoşulacaq ASEV layihəsi çərçivəsində yeni gəmilərdə istifadə olunacaq.
Raketlər, həmçinin gələcəkdə Yaponiya HDQ-nin “Hobart” sinfinə məxsus esmineslərində və “Hunter” sinfinə məxsus freqatlarında mərhələli şəkildə yerləşdiriləcək.
Sevinc Əliyeva
Ordu.az