Mask USAID-in ləğv prosesinin başlandığını bildirib

2025/01/1737857846.jpg
Oxunub: 1096     11:19     03 Fevral 2025    
ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğv prosesi gedir.

Ordu.az TASS-a istinadən xəbər verir ki, bu barədə Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentini (DOGE) idarə edən İlon Mask "X" sosial şəbəkəsində paylaşım edib.

"Biz USAID-in ləğvi prosesindəyik", - o bildirib.

İ.Maskın sözlərinə görə, USAID bərpa oluna bilməz: "Bu qurdlu alma deyil, sadəcə qurd topasıdır... Alma yoxdur, ona görə də hər şeydən xilas olmaq lazımdır".

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Mask   USAID  


Bizi "telegram"da izləyin