Britaniya Rusiyaya qarşı yeni enerji sanksiyaları üzərində işləmək niyyətindədir

2025/02/1738555411.jpg
Oxunub: 397     09:45     03 Fevral 2025    
Böyük Britaniya hökuməti Rusiyaya qarşı yeni enerji sanksiyaları tətbiq etmək üçün Aİ ölkələri ilə birgə işləyəcək.

Ordu.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerın fevralın 3-də Brüsseldə Aİ dövlət və hökumət başçılarının qeyri-rəsmi sammitində iştirakı öncəsi açıqlamasında bildirilib.

"[Rusiya iqtisadiyyatına] [sanksiya] təzyiqini saxlamaq üçün avropalı tərəfdaşlarımızla işləmək üçün buradayam", - deyə o bildirib.

Onun sözlərinə görə, bu təzyiq enerji gəlirlərinə və raket zavodlarını təchiz edən Rusiya şirkətlərə yönəldilib. "Çünki son nəticədə bu, bizim [Ukraynaya] hərbi yardımımızla birlikdə sülhü yaxınlaşdıracaq", - deyə o əlavə edib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Rusiya  


Bizi "telegram"da izləyin