Ordu.az xəbər verir ki, bu barədə “Al Hurra” telekanalına “Demokratik görüş” blokunun parlament üzvü Mərvan Həmməd bildirib.
"İyirmi dörd nazirdən ibarət kabinet Livanın 9 yanvarda general Cozef Aunun prezident seçilməsindən sonra yaşadığı siyasi mərhələyə uyğun olacaq", - o qeyd edib.
"Hökumətin formalaşmasında Baş nazir Salamın qoyduğu meyarlar böhranı aradan qaldırmağa kömək edəcək”, - Mərvan Hammad vurğulayıb
Hammad əsas vəzifələri tutacaq nazirlərin adlarını açıqlayıb. Belə ki, istefada olan generallar Əhməd əl-Həcər və Mişel Munsi Daxili İşlər və Müdafiə nazirliklərinin rəhbərləri, keçmiş deputat Yasin Cabir isə maliyyə naziri olacaqlar. Xarici İşlər Nazirliyinin rəhbəri vəzifəsinə Naci Əbu Asinin təyin ediləcəyi gözlənilir.
Ordu.az