Papa Fransisk xristian ölkə liderlərinə müraciət edib

2025/02/1738569282.jpg
Oxunub: 474     04:25     03 Fevral 2025    
Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk ənənəvi “Angelus” duası zamanı xristian liderlərini müharibələrə son qoymağa çağırıb.

Ordu.az xəbər verir ki, Papa Fransisk Vatikanda qeyd olunan Müqəddəs Yubiley İlində münaqişə zonalarında sülhə nail olunması istəyini ifadə edib.

“Hər şeyi, həyatı məhv edən müharibəyə yox deyək. Həyata hörmətsizlik hər kəs üçün məğlubiyyətdir. Unutmayaq ki, müharibə həmişə məğlubiyyətdir. Mən bu yubiley ilində, xüsusən də xristian inancının liderlərinə müraciətimi yeniləyirəm ki, onlar bütün davam edən münaqişələrə son qoymaq üçün sülh danışıqlarına maksimum səy göstərsinlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Papa-Fransisk   Müraciət  


Bizi "telegram"da izləyin