ABŞ-də aviaqəzanın 55 qurbanının qalıqları müəyyən edilib

2025/02/1738554229.jpg
Oxunub: 10025     03:12     03 Fevral 2025    
ABŞ-nin hakimiyyət orqanları paytaxt Vaşinqtonda qəzaya uğrayan təyyarənin 55 qurbanının qalıqlarını müəyyən edə biliblər.

Ordu.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bunu mətbuat konfransında şəhərin Yanğından Mühafizə və Təcili Tibbi Yardım Departamentinin rəhbəri Con Donelli deyib.

“İndiyədək 55 qurbanın şəxsiyyəti uğurla müəyyən edilib”, - o deyib.

Departament nümayəndəsi əlavə edib ki, mütəxəssislər fevralın 3-də təyyarənin qalıqlarının toplanması əməliyyatına başlayacaqlar.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Aviaqəza  


Bizi "telegram"da izləyin