Konqoda üsyançılar hökumətlə birbaşa dialoq tələb edirlər

2025/02/1738553589.jpg
Oxunub: 411     00:57     03 Fevral 2025    
Konqo Demokratik Respublikasının şərqində fəaliyyət göstərən “23 Mart Hərəkatı (M23) qrupunun üsyançıları yerli hökumətdən onlarla birbaşa dialoqa başlamağı tələb ediblər.

Ordu.az-ın "The New Times" qəzetinə istinadən məlumatına görə, bunu M23-ün nümayəndəsi Lourens Kanyuka deyib.

“Biz münaqişənin əsas səbəblərini aradan qaldırmaq və ölkəmizdə davamlı sülhün bərqərar olması üçün Kinşasa rejimi ilə səmimi və birbaşa dialoqa çağırışımızı bir daha təkrar edirik”, - qəzet onun açıqlamasından sitat gətirib.

Kanyuka qeyd edib ki, üsyançılar 30 ildən artıq davam edən münaqişənin sülh yolu ilə həllinə sadiqdirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Konqo   Üsyan  


Bizi "telegram"da izləyin