Yaponiyanın JAXA Kosmik Agentliyi "H3" raketi ilə Mitibiki-6 peykini kosmosa göndərib

2025/02/1738519465.jpg
Oxunub: 434     00:21     03 Fevral 2025    
Yaponiyanın JAXA Kosmik Agentliyi, Taneqaşima Kosmik Mərkəzindən Mitibiki-6 peykini daşıyan beşinci "H3" raketini kosmosa uğurla göndərib.

Ordu.az xəbər verir ki, buraxılış JAXA-nın X sosial şəbəkəsindəki səhifəsində yayımlanıb.

İlk olaraq fevralın 1-i üçün planlaşdırılan buraxılış hava şəraiti ilə əlaqədar olaraq fevralın 2-sinə təxirə salınıb.

Mitibiki-6 peyki, Yaponiyanın peyk yerləşdirmə sisteminin bir hissəsi olaraq, Yaponiya hökumətinin rəhbərlik etdiyi bir layihədir. Layihənin yaradıcıları, Mitibiki peykini "GPS-in Yapon versiyası" adlandırırlar və bunun Yaponiyanın kosmik sisteminə mühüm töhfə verdiyini bildirirlər.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   JAXA  


Bizi "telegram"da izləyin