KİV: ABŞ Aİ mallarına rüsum tətbiq etsə, birlik sərt cavab verəcək

2025/01/1738128867.jpg
Oxunub: 586     20:38     02 Fevral 2025    
ABŞ Avropa İttifaq (Aİ) ölkələrindən gələn mallara rüsum tətbiq etsə, birlik buna sərt reaksiya verəcək.

Ordu.az xəbər verir ki, bu barədə “Agence France-Presse” agentliyi Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

“Aİ qəti şəkildə inanır ki, aşağı tariflər artıma və iqtisadi sabitliyə kömək edir, lakin ona ədalətsiz tariflər tətbiq olunsa, qəti şəkildə cavab verəcək”, - mənbə bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Kanada, Çin və Meksikadan idxal olunan mallara rüsumların tətbiqi haqqında fərman imzalayıb. Meksika və Kanadadan idxala 25 % (Kanadadan enerji üçün 10 %) tariflər tətbiq ediləcək. Çindən gələn mallara 10 % əlavə rüsumlar tətbiq olunur. Məhdudiyyətlər fevralın 4-dən qüvvəyə minəcək. Kanada, Çin və Meksika Birləşmiş Ştatların idxal etdiyi bütün mal və xidmətlərin üçdə birini təşkil edir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ    


Bizi "telegram"da izləyin