"SpaceX" raketi 22 "Starlink" minipeykini orbitə çıxarıb

2023/07/1688793244.jpg
Oxunub: 457     23:14     02 Fevral 2025    
"Falcon 9" daşıyıcı aparatı 22 "Starlink" minipeykdən ibarət partiyanı uğurla orbitə çıxarıb.

Ordu.az xəbər verir ki, bu barədə “SpaceX” tərtibatçı şirkəti məlumat yayıb.

Qeyd olunub ki, raket Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasındakı SLC-4E buraxılış meydançasından buraxılıb. Təxminən bir saat sonra peyklər buraxılış aparatının ikinci pilləsindən ayrılaraq orbitə daxil olublar.

Şirkətdən verilən məlumata görə, buraxılış çərçivəsində 17-ci dəfə istifadə edilən daşıyıcının təkrar istifadə oluna bilən birinci mərhələsi Sakit okeanda “Of Course I Still Love You” dəniz dron platformasına idarə olunan şaquli eniş edib.

2019-cu ilin may ayından etibarən "SpaceX" "Starlink" layihəsi çərçivəsində 7 800-dən çox belə peyk buraxıb. Onlardan bəziləri uğursuz olub və ya orbitdən çıxıb. Orbitdə 6,9 mindən çox cihaz işlək vəziyyətdədir.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Raket  


Bizi "telegram"da izləyin