Ordu.az xəbər verir ki, Kamış rəsmi “X” hesabında yeni bir müqavilə imzaladıqlarını açıqlayıb.
Bu çərçivədə Polşa ABŞ ilə imzalanan müqavilə çərçivəsində 200-dən çox AARGM-ER raketi alacaq. İki tərəf arasında razılaşmanın ümumi məbləğinin 750 milyon dollar olduğu açıqlanıb.
Nazir rəsmi “X” hesabında etdiyi paylaşımda bildirib:
“Biz 200 km-dən çox mənzilə malik 200-dən çox müasir ABŞ raketi alırıq. Bu, daha 750 milyon dollar deməkdir. Biz təhlükəsizliyimizə sərmayə qoyduq. 2029-cu ildən Polşa taktik aviasiyası radar sistemlərinə, zenit və raket əleyhinə müdafiə sistemlərinə qarşı gücləndirilmiş imkanlar əldə edəcək. Bu, bütün müdafiə sistemimizin son dərəcə vacib elementidir”.
Polşa Silahlanma Agentliyi bəyan edib ki, raket tədarükü 2029-2035-ci illər arasında planlaşdırılır. Bu yeni sistemlər Polşa Hərbi Hava Qüvvələrinin F-35 döyüş təyyarələri parkına inteqrasiya olunacaq və gələcəkdə mövcud F-16 təyyarələrinə uyğunlaşdırma potensialına malik olacaq.
Bu kontekstdə 2024-cü ilin aprelində ABŞ hökuməti 360 ədəd AARGM-ER raketinin Polşaya maksimum dəyəri 1,275 milyard dollara satışını təsdiqləyib.
Sevinc Əliyeva
Ordu.az