Ordu.az xəbər verir ki, mərasim 2025-ci il yanvarın 29-da “Fincantieri”nin “Muggiano” (La Spezia) gəmiqayırma zavodunda baş tutub.
Başlanğıcda İtaliya HDQ üçün beşinci və altıncı vahidlər kimi inşa edilən, daha öncə “Marcantonio Colonna” və “Ruggiero di Lauria” olaraq adlandırılan gəmilər indi KRI BRAWIJAYA-320 və KRI PRABU SILIWANGI-321 adları altında İndoneziya HDQ-də xidmət göstərəcək.
Bu iki gəmi “Fincantieri”nin 2024-cü ildə İndoneziya ilə imzaladığı təxminən 1,18 milyard avro dəyərində müqavilənin bir hissəsidir.
“Riva Trigoso”-“Muggiano” gəmiqayırma zavodlarında inşa edilən bu döyüş gəmiləri İndoneziya HDQ-nin ən böyük platformalarından biri olacaq.
Sevinc Əliyeva
Ordu.az