Ordu.az xəbər verir ki, hökumətin illik qiymətləndirmə iclasına sədrlik edən Tokayev eyni zamanda Oljas Bektenovun rəhbərlik etdiyi kabinetə yeni tapşırıqlar verib.
Tokayev bildirib ki, ötən il dünyada mövcud olan çətin vəziyyətə baxmayaraq, ölkə iqtisadiyyatı yüksəlişdə davam edib, lakin həllini gözləyən problemlər var.
Tokayev vurğulayıb ki, xüsusilə iqtisadiyyatın şaxələndirilməsi, xarici investisiyaların cəlb edilməsi, turizm, tranzit, nəqliyyat və logistika, elektron ticarət sektorlarının inkişafı və süni zəka sahəsində təcili irəliləyişlər təmin edilməlidir.
“İqlim gündəliyi də böyük dəyişikliklərə məruz qalacaq ki, bu da “yaşıl enerji”nin inkişafına yanaşmalara yenidən baxılmasını tələb edəcək”, - deyə o əlavə edib.
Tokayev artan elektrik enerjisi çatışmazlığı səbəbindən ilk AES-in inşasını sürətləndirmək və ölkədə nüvə klasterinin yaradılması üzrə işlərə başlamaq barədə tapşırıqlar verib.
Sevinc Əliyeva
Ordu.az