Ordu.az xəbər verir ki, Sudan ordusu günlərlə davam edən mühasirədən sonra ölkənin ən böyük neft emalı zavodu olan əl-Cili neft emalı zavodunu geri alıb.
RSF 21 aydan çox hərbi baza kimi istifadə etdiyi bu neftayırma zavodunu tərk edib. Sudan Silahlı Qüvvələri neft emalı zavoduna nəzarəti bərpa etdiklərini açıqlayıb.
SAF komandiri general Əbdül Fəttah əl-Burhan Əl-Qaili (Əl-Ceyli) və Qarri bölgələrinə səfər edib. Baza Qarri Neft Emalı Zavodunun qərbində və Xartumun şimalında yerləşir.
General bazanı ziyarət etdikdən sonra hərbi qulluqçular qarşısında çıxış edib, daha sonra Belarusun KB “Radar” şirkətinin hazırladığı “Qroza-S” REM sisteminə aid yanmış sistemi incələyib. Bu sistem pilotsuz uçuş aparatlarına qarşı mübarizə üçün istehsal edilib.
Sevinc Əliyeva
Ordu.az