Yaponiya JASDF təlim parkı üçün “T-6 Texan II”ni seçib

2025/02/1738389881.jpg
Oxunub: 497     12:48     03 Fevral 2025    
Yaponiya Hava Özünümüdafiə Qüvvələri (JASDF) pilot təlim parkını modernləşdirmək üçün “Textron Beechcraft T-6 Texan II” təlim təyyarəsini seçib.

Ordu.az xəbər verir ki, bu addımla Yaponiya Hind-Sakit Okean regionunda T-6-nı idarə etmək üçün Yeni Zelandiya Kral Hərbi Hava Qüvvələri (HHQ), Tailand Kral HHQ və Vyetnam Hava Özünümüdafiə Qüvvələri sıralarına qoşulacaq.

ABŞ-nin “Textron” aerokosmik şirkəti mətbuata açıqlamasında Yaponiya ordusunun “T-6 Texan II” almağı planlaşdırdığını açıqlayıb. Lakin Yaponiyanın nə qədər təyyarə alacağı ilə bağlı heç bir təfərrüat paylaşılmayıb.

Təyyarə ilə yanaşı, müqaviləyə, həmçinin hərtərəfli yer əsaslı təlim sistemi, təlimatçı pilotlar və təyyarəyə texniki qulluq işçiləri üçün təlim dəstəyi, uzunmüddətli logistika və dəstək xidmətləri daxildir.

“T-6 Texan II” Yaponiyanın hazırkı əsas təlim təyyarəsi “Fuji/Subaru T-7”ni əvəz edəcək.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Yaponiya   JASDF  


Bizi "telegram"da izləyin