Ordu.az xəbər verir ki, Markos mətbuata açıqlamasında Pekinin mövqeyini anlamadığnı, çünki Çinin Filippinin əlində olan raket sistemlərindən min dəfə güclü olan raket sistemləri barədə şərh verə bilmədiyini deyib.
Markos Çini mübahisəli Cənubi Çin dənizindəki aqressiv mövqeyindən əl çəkməyə çağırıb.
“Gəlin Çinlə müqavilə bağlayaq. Torpaqlarımıza sahib çıxmağı dayandırın, balıqçılarımızı incitməyi dayandırın və yaşamalarına icazə verin, qayıqlarımızı vurmağı dayandırın, camaatımıza su şırnaqları səpməyi dayandırın, bizə lazer vurmağı dayandırın, aqressiv və məcburedici davranışlarınıza son qoyun. Biz də “Typhon” raketlərini geri qaytaraq”, - deyə o qeyd edib.
Sevinc Əliyeva
Ordu.az